• İDMAN

    23:13 21 mart 2019

Türkiyə milli komandası Şenol Günəşin qayıdışından sonra ilk sınağına çıxır

Sabah AVRO-2020-nin seçmə mərhələsində ilk turun daha 7 oyunu keçiriləcək. ONA-nın məlumatına görə, A, B və H qruplarında mübarizəyə start veriləcək.

Beş komandanın mübarizə apardığı ilk iki qrupun hərəsində iki qarşılaşma keçiriləcək. A qrupunda İngiltərə öz meydanında Çexiyanı qəbul edəcək. Digər görüşdə isə Bolqarıstan Monteneqronu sınağa çəkəcək.

B qrupunda Portuqaliya və Ukrayna arasında görüş daha çox maraq kəsb edir. Lüksemburq isə Litva ilə üz-üzə gələcək.

Qonşu Türkiyə yığması H qrupunda ilk görüşünə çıxacaq. Şenol Günəşin baş məşqçi postuna qayıdışından sonra ilk matçını keçirəcək “ay-ulduzlular” Albaniyanın qonağı olacaq.

Qrupun favoriti olan son dünya çempionu Fransa Moldovada meydana çıxacaq. Andorra isə İslandiya ilə görüşəcək.

Qeyd edək ki, seçmə mərhələnin ilk 10 oyunu bu gün keçiriləcək.

AVRO-2020-nin seçmə mərhələsi
22 mart

A qrupu
21:00. Bolqarıstan - Monteneqro

Baş hakim: Ruddi Buke (Fransa)
Sofiya. Vasil Levski Milli Stadionu

23:45. İngiltərə - Çexiya
Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
London. “Uembli” stadionu

B qrupu
23:45. Lüksemburq - Litva

Baş hakim: Roy Reynşreyber (İsrail)
Lüksemburq. Jozi Bartel stadionu

23:45. Portuqaliya – Ukrayna
Baş hakim: Klement Turpin (Fransa)
Lissabon. “Benfika” stadionu

H qrupu
23:45. Albaniya – Türkiyə

Baş hakim: Tobias Ştieler (Almaniya)
Şkoder. Loro Boriçi stadionu

23:45. Andorra – İslandiya
Baş hakim: Sandro Şarer (İsveçrə)
Andorra la Vella. Milli stadion

23:45. Moldova - Fransa
Baş hakim: Aleksandar Stavrev (Makedoniya)
Kişinyov. “Zimbru” stadionu

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR