Futbol üzrə Türkiyə milli komandasının yeni baş məşqçisi müəyyənləşib. ONA-nın məlumatına görə, “ay-ulduzlular” Şenol Günəşə tapşırılıb.
“Beşiktaş”ın baş məşqçisi ilə 4 illik müqavilə imzalanıb. 67 yaşlı mütəxəssis iyunun 1-dən fəaliyyətinə başlayacaq. Onun qarşısına əsas hədəf kimi Avro-2020 və DÇ-2022-nin final mərhələsinə yüksəlmək vəzifəsi qoyulub.
Qeyd edək ki, Ş.Günəş 2000-2004-cü illərdə Türkiyə millisini çalışdırıb və komandaya dünya çempionatının bürünc medalını qazandırıb.