• İDMAN

    16:15 29 aprel 2019

Türkiyə millisinin sabiq futbolçusu Ümit Karan bərədə həbs qərarı çıxarılıb

Türkiyə millisinin sabiq futbolçusu Ümit Karan barəsində həbs qərarı çıxarılıb.

ONA-nın məlumatına görə, “Qalatasaray”da da oynamış hücumçu cinsi təcavüzdə günahlandırılır.

Belə ki, onun 2015-ci ildə yaşadığı binanın mühafizəçisi işləyən qadına təcavüz etdiyi bildirilir. Həmin vaxt məhkəmə dəlil azlığı səbəbindən Ü.Karana bəraət versə də, İstanbul Bölgə Ədliyyə Məhkəməsi bu gün çıxardığı qərarla onun həbsini istəyib.

Ü.Karan məhkəmədə günahının olmadığını bildirib. Lakin hakim sabiq futbolçunun 1 il 8 aylıq həbs olması barədə qərar çıxarıb. O, hələlik azadlıqdan məhrum edilməyib. Sabiq futbolçu Ali Məhkəmənin qərarını gözləməlidir. Makedoniyada məşqçi kimi çalışan mütəxəssisin istintaq sənədləri araşdırılması üçün bu quruma göndərilib.

Qeyd edək ki, 1999-2007-ci illərdə Türkiyə millisində oynamış futbolçu 10 oyuna 3 qol vurub.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR