Futbol üzrə Türkiyə Super Liqasında növbəti tura start verilib. ONA-nın məlumatına görə, XXIII turun ilk oyun günündə 2 görüş keçirilib.
“Göztepe” – “Trabzonspor” matçında qonaqlar 3 xala sevinib. Onlar rəqiblərini 3:1 hesabı ilə məğlub ediblər.
“Rizespor” isə gözlənilmədən “Yeni Malatyaspor”u darmadağın edib. Rizəlilər doğma azarkeşlər önündə rəqib qapısından 3 cavabsız qol keçiriblər.
“Yeni Malatyaspor”un məğlubiyyəti turnir cədvəlindəki mövqeyinə də təsir edib. 34 xala malik komanda 5-ci yerə enib. “Trabzonspor” qələbə sayəsində müvəqqəti olsa da, 4-cü pilləyə yüksəlib. Onlar 36 xala malikdirlər. “Rizəspor”da irəliləyib. Onlar 38 xalla 10-cudurlar. Aktivində 25 xalı olan “Göztepe” isə 13-cü yerdədir.
Türkiyə Super Liqası
XXIII tur
“Göztepe” – “Trabzonspor” – 1:3
Kadah, 71 – Rodalleqa, 27, Parmak, 73, Kadu, 90 (ö.q.)
“Rizespor” - “Yeni Malatyaspor” – 3:0
Şaheşuhe, 27, Muriqi, 90+5, Nakulma, 90+8