• İDMAN

    13:42 24 fevral 2019

Türkiyə Super Liqasında məşqçi istefası rəsmiləşib

Türkiyə Super Liqasında növbəti məşqçi istefası rəsmiləşib. ONA-nın məlumatına görə, “Göztəpə”nin baş məşqçisi Kemal Özdeş komandadan göndərilib.

Onunla yolların ayrılması İzmir təmsilçisinin nəticələrinin qənaətbəxş olmaması ilə bağlıdır. Özdeşin yerinə məşqçi axtarışına çıxan klub rəhbərliyi namizədlər arasında götür-qoy edir. Onlar arasında Həmzə Həmzəoğlu, Rıza Çalımbay, İbrahim Üzülməz kimi mütəxəssislər var.

Qeyd edək ki, “Göztəpə” son turda evdə “Trabzonspor”a 1:3 hesabı ilə uduzub. Komanda keçirdiyi 23 oyunda 25 xal toplayıb və 13-cü yerdədir.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR