• İDMAN

    14:15 3 may 2019

Türkiyə Superliqasının yeni mövsümünün başlama tarixi açıqlanıb

Türkiyə Superliqasının 2019/20 mövsümünün başlama vaxtı açıqlanıb.

ONA-nın məlumatına görə, bu barədə qərar Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin iclasında verilib.

Belə ki, Superliqanın yeni mövsümünün ilk turu avqustun 16-19-na təyin edilib. Yarışa 2020-ci il mayın 17-də keçiriləcək son turla yekun vurulacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR