• İDMAN

    15:08 5 aprel 2019

Türkiyədə keçirilən “Qəbələ” – “Brügge” oyununda Aprel şəhidləri yad edilib

“Qəbələ” Türkiyədə “U12 Izmir Cup” beynəlxalq turnirində ilk matçını keçirib.

ONA-nın məlumatına görə, “qırmızı-qaralar” Belçikanın “Brügge” klubu ilə üz-üzə gəliblər.

Matç qolsuz heç-heçə ilə yekunlaşıb. Təmsilçimiz “Brügge” ilə görüşə qara sarğı ilə çıxıb və qarşılaşma bir dəqiqəlik sükutla başlayıb. Hər iki komanda oyunun baş hakiminin müşayiətilə Aprel döyüşlərində şəhid olmuş həmyerlilərimizin xatirəsini yad ediblər.

Qeyd edək ki, “Qəbələ” bu gün daha 3 matç keçirəcək.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR