Türkiyə millisinin və İtaliyanın “Sassuolo” klubunun futbolçusu Merih Dəmirəl karyerasını “Yuventus”da davam etdirməyə yaxındır.
ONA-nın məlumatına görə, Turin təmsilçisi 21 yaşlı müdafiəçinin keçidi ilə bağlı ilkin razılıq əldə edib.
“Ağ-qaralar” M.Dəmirəl üçün 15 milyon avro ödəyəcək. Onunla 5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, “Fənərbaxça”nın yetirməsi olan müdafiəçi ötən ilin yayında “Alanyaspor”dan “Sassuolo”ya 7 milyon avroya keçib.