• İDMAN

    11:55 11 mart 2019

Üçqat dünya çempionu intihar edib

ABŞ yığmasının velosipedçisi Kelli Ketlin intihar edib. ONA-nın xarici mətbuata istinadən məlumatına görə, 23 yaşlı idmançının meyiti Kaliforniya ştatındakı evində tapılıb.
Hadisənin təfərrüatları bilinmir. İntiharla bağlı araşdırmalar aparılır. K.Ketlinin bu addımı hansı səbəbdən atdığı yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, velosipedçi üçqat dünya çempionudur. 2016-18-ci illərdə trekdə komanda yarışlarında qızıl medal qazanan K.Ketlin Rio-2016-da finiş xəttinə ikinci çatıb.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR