• İDMAN

    13:51 20 fevral 2019

UEFA Avropa Liqasında 1/16 final oyunları keçiriləcək

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start veriləcək. ONA-nın məlumatına görə, Avropanın ikinci dərəcəli klub turnirində ilk 1/8 finalçı İspaniyada müəyyənləşəcək.

“Sevilya” rəqib meydanında 1:0 hesabı ilə məğlub etdiyi İtaliyanın “Latsio” klubunu qəbul edəcək. Mərhələnin digər qarşılaşmaları sabah baş tutacaq.

Günün maraq doğuran görüşləri Türkiyə təmsilçilərinin iştirakı ilə keçiriləcək. Öncə “Fənərbaxça” Rusiyada “Zenit”in qonağı olacaq. Superliqada uğursuz çıxış edən İstanbul təmsilçisi avrokuboklarda mərhələ adlamağa çalışacaq. İlk oyunda minimal hesabla qalib gələn “sarı-lacivərdlilər” bu üstünlüyü qorumaq üçün mübarizə aparacaq.

Digər Türkiyə klubu “Qalatasaray” da səfərdə oynayacaq. İstanbullular Bakı Olimpiya Stadionunda keçiriləcək finalda çıxış etmək şansını qorumaq üçün Portuqaliyada “Benfika”ya qalib gəlməlidir. Öz meydanında 1:2 hesabı ilə uduzan Fatih Terimin yetirmələri səfərdə ən azı 2 qol vurmalıdır.

İspaniya təmsilçiləri “Valensiya” ilə “Vilyarreal”, İtaliya klubları “İnter”lə “Napoli” və İngiltərə “Çelsi”si ev görüşünə səfərdə əldə olunan üstünlüklə çıxacaqlar. Evdə İngiltərə “Arsenal”ına qalib gələn Belarus BATE-si, həmçinin Çexiya “Viktoriya”sı və Belçika “Brügge”si ilk qarşılaşmada əldə etdiyi üstünlüyü rəqib meydanında qorumalıdır. Üz-üzə gələcək cütlərdən beşində ilk qarşılaşma heç-heçə nəticələndiyindən sabahkı matçlarda şanslar təxminən bərabər sayılır.

Avropa Liqası

1/16 final

Cavab oyunları

20 fevral

21:00. “Sevilya” (İspaniya) - “Latsio” (İtaliya)

İlk oyun - 1:0

21 fevral

21:55. “Vilyarreal” (İspaniya) - “Sportinq” (Portuqaliya)

İlk oyun - 1:0

21:55. “Napoli” (İtaliya) - “Sürix” (İsveçrə)

İlk oyun - 3:1

21:55. “Ayntraxt” (Almaniya) - “Şaxtyor” (Ukrayna)

İlk oyun - 2:2

21:55. “Dinamo” (Xorvatiya) - “Viktoriya” (Çexiya)

İlk oyun - 1:2

21:55. “Zalsburq” (Avstriya) - “Brügge” (Belçika)

İlk oyun - 1:2

21:55. “Valensiya” (İspaniya) - “Seltik” (Şotlandiya)

İlk oyun - 2:0

21:55. “Arsenal” (İngiltərə) - BATE (Belarus)

İlk oyun - 0:1

21:55. “Zenit” (Rusiya) - “Fənərbaxça” (Türkiyə)

İlk oyun – 0:1

00:00. “Çelsi” (İngiltərə) - “Malmö” (İsveç)

İlk oyun - 2:1

00:00. “Bayer” (Almaniya) - “Krasnodar” (Rusiya)

İlk oyun – 0:0

00:00. “Benfika” (Portuqaliya) - “Qalatasaray” (Türkiyə)

İlk oyun - 2:1

00:00. “İnter” (İtaliya) – “Rapid” (Avstriya)

İlk oyun - 1:0

00:00. “Betis” (İspaniya) - “Renn” (Fransa)

İlk oyun - 3:3

00:00. “Genk” (Belçika) - “Slaviya” (Çexiya)

İlk oyun - 0:0

00:00. “Dinamo” (Ukrayna) - “Olimpiakos” (Yunanıstan)

İlk oyun - 2:2

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR