UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. ONA-nın məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.
Final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək turnirdə mübarizəni davam etdirən 16 komanda 11 ölkə təmsilçiləridir.
Bu raundda İspaniya 3, İngiltərə, Rusiya, İtaliya hərəyə 2, Portuqaliya, Fransa, Almaniya, Xorvatiya, Avstriya, Çexiya, Ukrayna isə hərəsi 1 komanda ilə təmsil olunur.
Bu klublar püşkatmada 8 cütlük təşkil edib. Mərasimdə klublar reytinqinə və ölkəsinə görə fərqləndirilməyib. UEFA yalnız Rusiya və Ukrayna təmsilçilərini bir-birindən ayırıb.
Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 7-də, cavab matçları ayın 14-də keçiriləcək.
Avropa Liqası
1/8 final
7 mart/14 mart
“Ayntraxt” (Almaniya) - “İnter” (İtaliya)
“Çelsi” (İngiltərə) - “Dinamo” (Ukrayna)
“Dinamo” (Xorvatiya) - “Benfika” (Portuqaliya)
“Napoli” (İtaliya) - “Zalsburq” (Avstriya)
“Valensiya” (İspaniya) - “Krasnodar” (Rusiya)
“Sevilya” (İspaniya) - “Slaviya” (Çexiya)
“Arsenal” (İngiltərə) - “Renn” (Fransa)
“Zenit” (Rusiya) - “Vilyarreal” (İspaniya)