UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna baxış keçiriblər.
ONA-nın məlumatına görə, bu, mayın 29-da təşkil olunacaq Avropa Liqasının final qarşılaşması ilə əlaqədar stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış olub.
Mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə - 5 ulduzla qiymətləndiriblər.
Qeyd edək ki, İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu saat 23:00-da başlayacaq.