Çempionlar Liqası və Avropa Liqasında 1/4 final mərhələsinin təqvimi açıqlanıb.
ONA-nın məlumatına görə, UEFA avrokubokların iki cütündə meydan sahiblərinin yerini dəyişib.
Bu da eyni şəhəri təmsil edən klubların olması ilə bağlıdır. Çempionlar Liqasında “Mançester Yunayted” “Barselona” ilə ilk matçı səfərdə deyil, evdə keçirəcək. Çünki “Mançester Siti”də cavab oyununu evdə oynamalıdır. Bu üzdən eyni şəhərin təmsilçilərindən biri ilk görüşü doğma arenada keçirməli olacaq.
Eyni səbəbdən “Arsenal”ın “Napoli” ilə qarşılaşmalarının yeri dəyişdirilib. London klubu ilk oyunu evdə, cavab matçını səfərdə keçirəcək. Bu, şəhərin digər klubu “Çelsi”nin də turnirdə mübarizə aparması ilə bağlıdır.
Həmçinin, Çempionlar Liqasında qarşılaşmalar günlər üzrə bölünüb. Cütlərdən ikisi aprelin 9-da və 17-də, digər ikisi 10-da və 16-da münasibətlərini ayırd edəcək.
Çempionlar Liqası
1/4 final
9 aprel / 17 aprel
“Liverpul” (İngiltərə) - “Portu” (Portuqaliya)
“Tottenhem” (İngiltərə) - “Mançester Siti” (İngiltərə)
10 aprel / 16 aprel
“Ayaks” (Hollandiya) - “Yuventus” (İtaliya)
“Mançester Yunayted” (İngiltərə) - “Barselona” (İspaniya)
Avropa Liqası
1/4 finaı
11 aprel / 18 aprel
“Arsenal” (İngiltərə) - “Napoli” (İtaliya)
“Vilyarreal” (İspaniya) - “Valensiya” (İspaniya)
“Benfika” (Portuqaliya) - “Ayntraxt” (Almaniya)
“Slaviya” (Çexiya) - “Çelsi” (İngiltərə)