UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. ONA-nın xəbərinə görə, qitə futbol qurumu azarkeşlər arasında keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.
İspaniyanın “Atletiko” klubunun futbolçusu Dieqo Qodin 1/8 final mərhələsinin ilk qarşılaşmalarının ikinci oyun həftəsində ən yaxşı seçilib. 33 yaşlı uruqvaylı namizədlər sırasında yer alan digər üç futbolçunu qabaqlayıb. Həftənin oyunçusu adı ilə bağlı səsvermədə Rahim Sterlinq (“Mançester Siti”, Uruqvay), Ceyson Denayer (“Lion”, Fransa) və Tyaqo Alkantara (“Bavariya”, Almaniya) Qodindən geri qalıblar.
Qeyd edək ki, Dieqo “Atletiko”nun İtaliya “Yuventus”u ilə ev oyununda 2:0 hesablı qələbədə pay sahibi olub. Müdafiədə etibarlı oyunu ilə diqqət çəkən cənubi amerikalı həm də komandasının 2-ci qoluna imza atıb.