Çempionlar Liqasında mövsümün komandası açıqlanıb
  • İDMAN

  • 19:59 02 İyun 2019

Çempionlar Liqasında mövsümün komandası açıqlanıb

Çempionlar Liqasının 2018/2019 mövsümünün komandası açıqlanıb. 

ONA-nın məlumatına görə, UEFA rəmzi komandaya 20 futbolçunun adını daxil edib. Bunlardan 6-sı çempion "Liverpul"u təmsil edir.

Mövsümün komandası
Qapıçılar:
Alison Beker ("Liverpul"), Mark-Andre ter Şteqen ("Barselona").
Müdafiəçilər: Virdjil van Deyk ("Liverpul"), Mateys de Liqt ("Ayaks"), Yan Vertonqen ("Tottenhem"), Trent Aleksander-Arnold ("Liverpul"), Endryu Robertson ("Liverpul").
Yarımmüdafiəçilər: Mussa Sissoko ("Tottenhem"), Hakim Zieş ("Ayaks"), Kevin de Bryune ("Mançester Siti"), Frenki de Yonq ("Ayaks"), Tanqi Ndombele ("Lion"), Jorjinyo Veynaldum ("Liverpul"), Duşan Tadiç ("Ayaks"), Rahim Sterlinq ("Mançester Siti").
Hücumçular: David Neres ("Ayaks"), Lionel Messi ("Barselona"), Sadio Mane ("Liverpul"), Kriştianu Ronaldu ("Yuventus"), Lukas Moura ("Tottenhem").

OXŞAR XƏBƏRLƏR