• İDMAN

    22:05 8 mart 2019

Çempionlar Liqasında ən yaxşıların adları bəlli olub

Avrokuboklarda həftənin ən yaxşı futbolçuları müəyyənləşib. ONA-nın məlumatına görə, Çempionlar Liqası və Avropa Liqasında ən yaxşılar UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermələrə əsasən bəlli olub.
Qitənin ən nüfuzlu klub turnirində 1/8 final mərhələsinin cavab oyunlarının ilk həftəsində Duşan Tadiç fərqlənib. Hollandiya “Ayaks”ının üzvü İspaniya “Real”ı üzərində 4:1 hesablı səfər qələbəsindəki payına görə həftənin oyunçusu olub.
Avropa Liqasında isə 1/8 finalın ilk oyunlarının ən yaxşısı adına İspaniya “Valensiya”sının futbolçusu Rodqiqo yiyələnib. Rusiya “Krasnodar”ı üzərində 2:1 hesablı qələbəyə dublla töhfə verməsi sayəsində mükafatlandırılıb.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR