• İDMAN

    10:08 21 fevral 2019

UEFA həftənin oyunçusu adına namizədləri müəyyənləşdirib

UEFA Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

ONA-nın məlumatına görə, 1/8 final mərhələsinin ilk qarşılaşmaları çərçivəsində baş tutan 4 matçdan sonra bu ada 4 iddiaçı müəyyənləşib.

Bunlar Fransa “Lion”unun futbolçusu Ceyson Denayer, Almaniya “Bavariya”sında çıxış edən Tyaqo Alkantara, İngiltərə “Mançester Siti”sinin üzvü Rahim Sterlinq və İspaniya “Atletiko”sunun müdafiəçisi Dieqo Qodindir. UEFA-nın müəyyənləşdirdiyi bu 4 oyunçu arasında seçim etmək azarkeşlərin ixtiyarına buraxılıb. Sabah başa çatacaq səsvermənin nəticələrinə əsasən həftənin ən yaxşı futbolçusu açıqlanacaq.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR