İngiltərənin “Arsenal” futbol klubu Avropa Liqasının mayın 29-da keçiriləcək finalına vəsiqə qazansa, UEFA klubun yarımmüdafiəçisi Henrix Mxitaryanın Azərbaycana viza almasına yardım edəcək.
ONA-nın ESPN-yə istinadən xəbərinə görə, ilk ¼ final mərhələsinin ilk matçında “Arsenal” İtaliyanın “Napoli” klubunu 2:0 hesabı ilə məğlub edib. Cavab görüşü aprelin 18-də keçiriləcək.
Qeyd edək ki, Ermənistan milli komandasının da üzvü olan 30 yaşlı Henrix Mxitaryan “Arsenal”ın “Qarabağ” (Ağdam) klubu ilə Bakıda keçirilən səfər matçında iştirak etməyib. 2015-ci ildə Dortmund “Borussiya”sının şərəfini qoruyan Mxitaryan Avropa Liqasında “Qəbələ”yə qarşı səfər oyununa da aparılmamışdı.