Avrokubokların 1/8 final mərhələsi başa çatdıqdan sonra UEFA-nın reytinq siyahısı açıqlanıb. ONA-nın məlumatına görə, baş tutan qarşılaşmalar cədvəldə yalnız bir dəyişikliyə səbəb olub.
Avstriya Hollandiyanı arxada qoyaraq 11-ci pilləyə yüksəlib. Buna “Zalsburq”un Avropa Liqasında “Napoli”ni 3:1 hesabı ilə məğlub etməsi səbəb olub.
Lakin Avstriya təmsilçisi mübarizəni dayandırdığından bu ölkə üçün də avrokubok mövsümü başa çatıb. Ümumiyyətlə, 1/4 finalda yalnız 7 ölkənin klubları mübarizə aparacaq.
Digər 48 ölkə üçün mövsüm başa çatıb. Onların arasında olan Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb və son siyahı ilə müqayisədə yeri dəyişməyib. Klublarımız son 5 mövsümün yekununda 19,000 xal toplayıb.
Qeyd edək ki, ölkələrin avrokuboklardakı təmsilçiliyi zamanı əsas götürülən siyahıya İspaniya başçılıq edir – 101,855 xal.
|
yer |
ölkə |
xal |
komanda |
|
1 |
İspaniya |
101.855 |
3/ 7 |
|
2 |
İngiltərə |
80.034 |
6/ 7 |
|
3 |
İtaliya |
74.583 |
2/ 7 |
|
4 |
Almaniya |
71.213 |
1/ 7 |
|
5 |
Fransa |
58.498 |
6 |
|
6 |
Rusiya |
50.549 |
6 |
|
7 |
Portuqaliya |
47.832 |
2/ 5 |
|
8 |
Belçika |
39.900 |
5 |
|
9 |
Ukrayna |
38.900 |
5 |
|
10 |
Türkiyə |
34.600 |
5 |
|
11 |
Avstriya |
31.250 |
5 |
|
12 |
Hollandiya |
31.233 |
1/ 5 |
|
13 |
Çexiya |
28.675 |
1/ 5 |
|
14 |
Yunanıstan |
27.600 |
5 |
|
15 |
Xorvatiya |
27.375 |
4 |
|
16 |
Danimarka |
27.025 |
4 |
|
17 |
İsveçrə |
26.900 |
5 |
|
18 |
Kipr |
24.925 |
4 |
|
19 |
Serbiya |
22.250 |
4 |
|
20 |
Şotlandiya |
22.125 |
4 |
|
21 |
Belarus |
21.875 |
4 |
|
22 |
İsveç |
20.900 |
4 |
|
23 |
Norveç |
20.200 |
4 |
|
24 |
Qazaxıstan |
19.250 |
4 |
|
25 |
Polşa |
19.250 |
4 |
|
26 |
Azərbaycan |
19.000 |
4 |
|
27 |
İsrail |
18.625 |
4 |
|
28 |
Bolqarıstan |
17.500 |
4 |
|
29 |
Rumıniya |
15.950 |
4 |
|
30 |
Slovakiya |
15.625 |
4 |
|
31 |
Sloveniya |
15.000 |
4 |
|
32 |
Lixtenşteyn |
13.500 |
1 |
|
33 |
Macarıstan |
10.500 |
4 |
|
34 |
Makedoniya |
8.000 |
4 |
|
35 |
Moldova |
7.750 |
4 |
|
36 |
Albaniya |
7.500 |
4 |
|
37 |
İrlandiya |
7.450 |
4 |
|
38 |
Finlandiya |
7.275 |
4 |
|
39 |
İslandiya |
7.250 |
4 |
|
40 |
Bosniya və Herseqovina |
7.125 |
4 |
|
41 |
Litva |
6.750 |
4 |
|
42 |
Latviya |
5.625 |
4 |
|
43 |
Lüksemburq |
5.500 |
4 |
|
44 |
Ermənistan |
5.250 |
4 |
|
45 |
Malta |
5.125 |
4 |
|
46 |
Estoniya |
5.000 |
4 |
|
47 |
Gürcüstan |
4.750 |
4 |
|
48 |
Uels |
4.125 |
4 |
|
49 |
Monteneqro |
4.125 |
4 |
|
50 |
Farer adaları |
4.000 |
4 |
|
51 |
Cəbəllütariq |
4.000 |
3 |
|
52 |
Şimali İrlandiya |
3.875 |
4 |
|
53 |
Kosovo |
2.500 |
2 |
|
54 |
Andorra |
1.831 |
3 |
|
55 |
San-Marino |
0.666 |
3 |
Qeyd: komanda sütununda “/” işarəsindən öndə mübarizəni davam etdirən, sonra isə mövsümə başlayanların sayı göstərilib.