• İDMAN

    12:06 18 may 2019

UEFA prezidenti: "Avropa futboluna zərər verən dəyişikliklər etmərik"

Avrokubokların oyunları istirahət günlərində keçirilməyəcək.

ONA-nın məlumatına görə, bunu UEFA-nın prezidenti Aleksandr Çeferin açıqlayıb.

Qurum başçısı qitə miqyaslı turnirlərin qarşılaşmalarının şənbə və bazar günlərinə keçirilməsi ilə bağlı xəbərləri təkzib edib. O bildirib ki, yalnız bir matç istisnadır: “Sevinc hissi ilə mövqeyimizi açıqlayıram ki, biz istirahət günləri Çempionlar Liqasının finalı istisna olmaqla avrokubok oyunları keçirmək niyyətində deyilik. Məsləhətləşmələr prosesi davam edir. Digər maraqlı tərəflərin fikirlərini gözləyirik. Biz hər kəsin fikrini öyrənmədən heç bir qərar verməyəcəyik. Heç vaxt Avropa futboluna zərər verən dəyişikliklər etmərik”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR