UEFA Prezidenti Aleksander Çeferin Avropa Liqasının final oyununun Bakıda keçirilməsi barədə qərarı yanlış hesab etmir.
ONA-nın "Daily Mail" nəşrinə istinadən verdiyi məlumata görə, UEFA Prezidenti deyib ki, futbol ehtiras və inkişafdır.
A. Çeferin deyib ki, Bakıda keçirilən oyun ziyarətçilərin say göstəricisinə görə Avropa Liqasının final oyunları tarixində üçüncü yerdədir: "Biz futbolu tək böyük ölkələrdə deyil, hər yerdə inkişaf etdirməliyik. Mixtaryanın Bakıya gəlməməsinə gəlincə, biz onun təhlükəsizliyi ilə bağlı bütün zəmanətləri almışdıq. Ancaq mən oyunçunun qərarına hörmətlə yanaşıram".
Qeyd edək ki, mayın 29-da Bakıda keçirilən Avropa Liqasının finalı oyununda "Çelsi" "Arsenal"ı 4:1 hesabı ilə məğlub edib.