Futbol üzrə yeniyetmələr arasında Avropa çempionatının seçmə mərhələsinin İspaniyada keçirilməli olan V qrupunun oyunlarının yeri dəyişdirilib. ONA-nın məlumatına görə, UEFA bu addımı Kosovonun meydan sahibi olan ölkə tərəfindən tanınmaması üzündən atıb.
İspaniya ərazisində tanınmamış Kosovonun rəmzlərindən istifadəyə qadağa qoyulub. Yunanıstan və Ukraynanın U-17 yığmalarının da mübarizə aparacağı qrupun görüşlərinin harada baş tutacağı dəqiqləşməyib.
Martın 19-da başlayacaq elit-raundun startına qısa müddət qaldığından UEFA-nın komandaların İsveçrədə üz-üzə gəlməsinə qərar verəcəyi gözlənilir.