• İDMAN

    10:11 28 mart 2019

UEFA tərəfdaşları Avropa Liqasının Bakıda keçiriləcək finalı ilə bağlı paytaxtımıza gəliblər

UEFA tərəfdaşlarının Bakıya ikinci işgüzar səfəri başlayıb.

ONA-nın məlumatına görə, qonaqların ölkəmizə gəlməsi mayın 29-da Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar müxtəlif fəaliyyət sahələri üzrə nümayəndə heyətlərinin Azərbaycan paytaxtına mütəmadi səfərləri çərçivəsində baş tutub.

Final qarşılaşmasında UEFA ilə rəsmi tərəfdaş olan şirkətlərin təmsilçiləri Bakı Olimpiya Stadionuna, həmçinin final oyunu ilə bağlı təşkil olunacaq müxtəlif tədbirlərin məkanlarına baş çəkəcəklər. UEFA tərəfdaşlarının ikinci işgüzar səfəri bu gün yekunlaşacaq.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR