• İDMAN

    11:49 12 aprel 2019

Ukraynalı futbolçu Bakı klubundan ayrılmasında baş məşqçini günahlandırıb

“Neman”da oynadığım vaxt Azərbaycanın “Sabah” klubunun rəhbərliyi və məşqçilərinin diqqətini fərdi keyfiyyətlərimlə çəkmişdim”.

ONA-nın məlumatına görə, bunu Bakının “Sabah” klubunun sabiq yarımmüdafiəçisi Vitali Kvaşuk deyib.

Hazırda Belarusun “Qomel” klubunda çıxış edən ukraynalı yarımmüdafiəçi Bakı təmsilçisində işlərinin alınmamasına aydınlıq gətirib. 2018-ci ilin yayından sonuna qədər “Sabah”da oynamış 26 yaşlı futbolçu Belarusda verdiyi müsahibədə baş məşqçi Elşad Əhmədovu günahlandırıb.

O bildirib ki, Bakı klubundan ayrılmasında məhz onunla dil tapa bilməməsi rol oynayıb: “Bakıya getdim. Mövsümöncəsi hazırlıq dövründə də, çempionatın əvvəlində də komandanın liderinə çevrildim. Hər oyunda orta hesabla 12 km qaçırdım. Amma sonradan “Sabah”ın baş məşqçisi nədənsə hansısa səhvlərə görə mənə irad bildirməyə, tənqid etməyə başladı. Nəticədə yavaş-yavaş öz yaxşı fərqi keyfiyyətlərimi daha az göstərməyə, daha çox komandaya oynamağa başladım. Hərçənd məhz fərdi keyfiyyətlər sayəsində Bakı klubuna keçmişdim. Məşqçi məndən niyə oyunu öz üzərimə götürmədiyimi soruşdu. Çalışdırıcı ilə dil tapa bilmirdik. Yekunda gücümə, ustalığıma inamın itdi və “Sabah”dan ayrıldım. Bundan əvvəl də karyeramı Azərbaycanın digər klubunda davam etdirmək variantım var idi. Lakin komandaya xidmətimdə maraqlı olmayan baş məşqçi gətirildi”.

Qeyd edək ki, V.Kvaşuk vaxtilə Ukraynanın U-17 və U-19 yığmalarında çıxış edib.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR