• İDMAN

    01:19 10 may 2019

Unai Emeri Avropa Liqasının tarixinə düşüb

İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Unai Emeri yeni rekorda imza atıb.

ONA-nın məlumatına görə, ispan mütəxəssis 4-cü dəfə Avropa Liqasının finalına yüksələn ilk məşqçi ünvanına yiyələnib.

Yarımfinalda “Valensiya”nı mübarizədən kənarlaşdıran (3:1, 4:2) “topçular”ın çalışdırıcısı əvvəlki üç cəhddə finalda da qalib gəlib. U.Emeri 2013/14, 2014/15 və 2015/16 mövsümlərində İspaniya “Sevilya”sı ilə kubokun qalibi olub.

O, həm də yarışın Avropa Liqası adlandığı vaxtdan sonra iki müxtəlif klubla finala çıxan ilk baş məşqçi adına sahib çıxıb.

Qeyd edək ki, səfər oyununda üç qol vuran Pyer-Emerik Obameyanq “Arsenal”ın tarixinə avrokubokların yarımfinalına het-trik edən ilk futbolçu kimi düşüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR