Əfsanəvi atlet Useyn Bolt özünə yeni komanda tapıb.
ONA-nın məlumatına görə, qısa məsafələrə qaçışda dünya rekordçusu olan yamaykalı karyerasını Fransada davam etdirəcək.
33 yaşlı Bolt bu ölkənin II liqa təmsilçisi “Paris” futbol klubu ilə müqavilə imzalayıb. O, növbəti 2 ildə bu komandanın formasını geyinəcək.
Qeyd edək ki, 8 dəfə Olimpiya, 11 dəfə dünya çempionu olan Useyn Bolt ötən ildən atletikanı futbola dəyişib. O, bu müddətdə bir neçə klubun düşərgəsində olub.