• İDMAN

    12:05 22 aprel 2019

Vəli Qasımov: "Avropa Liqasının finalının Bakıda keçirilməsi Azərbaycan futbolu üçün böyük uğurdur"

"Qarabağ" bu gün hələlik yeganə komandadır ki, Azərbaycan futbolsevərlərini sevindirir. Artıq Avropa klubları bu komanda haqqında danışırlar. Biz buna çox şadıq. Təbii ki, digər komandalarımızın da yüksək səviyyədə oyun göstərmələrini arzulayırıq".

Bunu ONA-nın Moskva müxbirinə müsahibəsində Azərbaycanın əfsanəvi veteran futbolçusu, karyerasında "Dinamo" (Moskva), "Spartak" (Moskva), "Betis" (İspaniya) kimi klubların şərəfini qorumuş, 1992-ci il Rusiya Premyer Liqasının bombardir olmuş Vəli Qasımov bildirib.

Azərbaycan futbolunun hazırki vəziyyətini şərh edən veteran futbolçu inkişafın sürətlə də olmasa, getdiyini vurğulayıb: "Bu günki gün "Qarabağ" klubunun Avropa səviyyəsində göstərdiyi oyun bizim üçün təkdir".

UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsinin əhəmiyyətindən danışan V. Qasımov bildirib ki, bu, Azərbaycan futbolu üçün böyük uğurdur: “Bu gün Avropa Liqasında dörd komanda mübarizəni davam etdirir. Bunlar böyük klublardır. Biz, səbirsizliklə həmin klubların Azərbaycana gəlməsini və gözəl oyun nümayiş etdirmələrini gözləyirik. Bu komandaların dördü də güclüdür. Lakin Bakıda ən güclü iki klubu gəzləyirlər. Hesab edirəm ki, final ərəfəsində və final günündə Bakıda futbol bayramı olacaq. Dünyanın bir sıra ölkələrindən turistlər, futbol fanatları Azərbaycana axın edəcəklər. Elə bu məqamın özü, ölkəmiz üçün böyük bir uğurdur".

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR