• İDMAN

    12:46 2 may 2019

Visente del Boske: “Ronaldo ilə Zidana məşq keçmişəm, Messi eyni və ya daha yüksək səviyyədədir”

“Arzulardan danışsaq, mən Messiyə məşq keçmək istərdim”.

ONA-nın məlumatına görə, bunu İspaniya millisinin və “Real”ın sabiq baş məşqçisi Visente del Boske deyib.

69 yaşlı təcrübəli mütəxəssis “Barselona”nın kapitanı Lionel Messinin oyununu dəyərləndirib. O bildirib ki, argentinalı forvard heç kimdə olmayan bacarığa malikdir: “Ronaldo, Zinəddin Zidan, Roberto Karlos, Redondo kimi oyunçularla çalışmışam. Böyük, fantastik futbolçulardır. Messi də onlarla eyni səviyyədə və ya daha yüksəkdə durur. Leo oyunun hər komponentində kamil bir futbolçudur. O elə xüsusiyyətlərə malikdir ki, ondan heç kimdə yoxdur”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR