• İDMAN

    21:57 1 aprel 2019

Vişvanatan Anand Şəmkirdə mətbuat konfransını yarımçıq tərk edib

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” superturnirinin ikinci turunda dünya çempionu Maqnus Karlsenə (Norveç) məğlub olan sabiq dünya çempionu Vişvanatan Anand (Hindistan) mətbuat konfransını yarımçıq tərk edib.

ONA-nın yarışın mətbuat xidmətinə istinadən məlumatına görə, Anand konfransa gələn kimi getməli olduğunu bildirərək, öncə ona sual verilməsini istəyib. Hindistanlı oyunu qısa şərh edərək, digər sualları cavablandırmadan, rəqibi M.Karlsenin fikirlərini bildirməsini gözləmədən əsəbi halda konfransı tərk edib.

Qeyd edək ki, ikinci turdan sonra V.Anandın aktivində 0.5 xal var. M.Karlsen isə bu oyundan sonra xalını 1.5-ə yüksəldib.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR