Vladimir Kliçko yalnız 100 milyon dollara boksa qayıda bilər
  • İDMAN

  • 11:35 10 Aprel 2019

Vladimir Kliçko yalnız 100 milyon dollara boksa qayıda bilər

Ağır çəki dərəcəsində sabiq dünya çempionu Vladimir Kliçko yenidən peşakar boksa qayıda bilər. 

ONA-nın məlumatına görə, bunu onun qardaşı Vitali Kliçko açıqlayıb. 

O, Vladimirin hansı məbləğ qarşısında rinqə qayıda biləcəyinə aydınlıq gətirib: “40 milyon dollarlıq təkliflə bağlı məlumat yayılanda ona zəng edib soruşdum ki, nə baş verir? Vladimir bunun onu maraqlandırmadığını dedi. Bir neçə həftə sonra artıq 80 milyon dollardan danışırdılar. Yenə onun fikrini öyrəndim. Qardaşım bu təklifi də qəbul etməyəcəyini söylədi. Bildirdi ki, qiymət 100 milyon dollara çatsa, fikirləşər”. 

Qeyd edək ki, Vladimir Kliçko peşəkar boksda 69 döyüş keçirib və bunların 64-də qələbə qazanıb. O, 14 dəfə mütləq dünya çempionu titulunu qoruyub. 

OXŞAR XƏBƏRLƏR