Motosiklet idmanı üzrə nüfuzlu “World Supersport” yarışının üçüncü mərhələsində xoşagəlməz hadisə yaşanıb.
ONA-nın məlumatına görə, Ektor Barbera vətəni İspaniyada keçirilən yürüşdə iştirak edə bilməyib.
Buna idmançının motosikletinin oğurlanması səbəb olub. Belə ki, E.Barberanın istifadə etdiyi “Yamaha” komandasının bokslarından aparılıb.
Motosikletin oğurlandığı aşkarlanan kimi hüquq-mühafizə orqanlarına məlumat verilib. Lakin onu tapmaq mümkün olmadığı üçün E.Barbera yarışa qatılmayıb.
Qeyd edək ki, 2019-cu ildən “World Supersport”da çıxış edən idmançı bunadək “MotoGP” və “Moto 2”də mübarizə aparıb.