• İDMAN

    11:59 27 fevral 2019

Xorvatiya – Azərbaycan oyununun başlama saatı müəyyənləşib

Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin oyunlarının vaxtı açıqlanıb. ONA-nın məlumatına görə, yarışda qüvvəsini sınayacaq Azərbaycan milli komandasının görüşlərinin başlama saatı müəyyənləşib.

Macarıstanda mübarizə aparacaq C qrupunda yer alan yığmamızın qarşılaşmaları Budapeştdə yerləşən Laslo Papp İdman Arenasında təşkil olunacaq. Yığmamızın Xorvatiya ilə sentyabrın 23-də keçiriləcək görüşü qrupun açılış matçı olacaq.

Avropa çempionatı

Final mərhələsi, C qrupu

23 avqust

15:00. Xorvatiya – Azərbaycan

25 avqust

15:30. Azərbaycan - Hollandiya

26 avqust

20:30. Macarıstan – Azərbaycan

28 avqust

15:30. Azərbaycan – Estoniya

29 avqust

15:30. Rumıniya – Azərbaycan

Qeyd edək ki, oyunların vaxtı yerli saatla göstərilib

Tahir

Teqlər:

SON XƏBƏRLƏR