• İDMAN

    14:19 18 mart 2019

Xorvatiya – Azərbaycan oyununun hakimləri müəyyənləşib

AVRO-2020-nin seçmə mərhələsinin Xorvatiya – Azərbaycan oyununun hakimləri müəyyənləşib. ONA-nın məlumatına görə, martın 21-də keçiriləcək qarşılaşmanı bolqarıstanlı ədalət təmsilçiləri idarə edəcəklər.

Zaqrebdəki matçın baş hakimi Georgi Kabakov olacaq. Ona Martin Marqaritovla Divan Valkov kömək edəcəklər. “Maksimir” stadionundakı oyunun dördüncü hakimi funksiyasını Nikola Popov yerinə yetirəcək.

Qeyd edək ki, martın 21-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR