• İDMAN

    15:06 4 mart 2019

Xorvatiya Azərbaycana oyuna 24 futbolçu çağırıb

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Xorvatiya yığmasının heyəti açıqlanıb. ONA-nın məlumatına görə, dünya çempionatının gümüş mükafatçısının baş məşqçisi Zlatko Daliç martda keçiriləcək seçmə oyunlarına 24 futbolçu dəvət edib.
Ayın 21-də Azərbaycanla Zaqrebdə, 3 gün sonra Macarıstanla Budapeştdə görüşəcək balkanlılar heyəti əsasən ölkə xaricində çıxış edən oyunçulardan təşkil olunub. Z.Daıç Xorvatiya klublarından yalnız üç futbolçunu heyətə çağırıb.
Xorvatiya milli komandasının heyəti:
Qapıçılar: Lovre Kaliniç (Aston Villa, İngiltərə), Dominik Livakoviç (Dinamo Zaqreb), Simon Sluqa (Riyeka);
Müdafiəçilər: Domaqoy Vida (Beşiktaş, Türkiyə), Deyan Lovren (Liverpul, İngiltərə), Tin Yedvay (Bayer, Almaniya), Borna Barišiç (Reyncers, Şotlandiya), Marin Leovaç (Dinamo Zaqreb), Antonio Miliç (Anderlext, Belçika), Duje Çaleta-Çar (Marsel, Fransa);
Yarəmmüdafiəçilər: Luka Modriç (Real, İspaniya), İvan Rakitiç (Barselona, İspaniya), Mateo Kovaçiç (Çelsi, İngiltərə), Milan Badel (Latsio, İtaliya), Marselo Brozoviç (İnter, İtaliya), Marko Roq (Sevilya, İspaniya), Mario Paşaliç (Atalanta İtaliya), Filip Bradariç (Kalyari, İtaliya);
Hücumçular: İvan Perişiç (İnter, İtaliya), Andrey Kramariç (Hoffenhaym, Almaniya), Ante Rebiç (Ayntraxt, Almaniya), Marko Pyatsa (Fiorentina, İtaliya), Nikola Vlaşiç (MOİK, Rusiya), Yosip Brekalo (Volfsburq, Almaniya).

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR