AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Xorvatiya yığmasının heyətində dəyişiklik edilib. ONA-nın məlumatına görə, baş məşqçi Zlatko Daliç martın 21-də Azərbaycan, 24-də Macarıstana qarşı keçiriləcək görüşlərə yeni futbolçu çağırmağa məcbur olub.
Zaqreb “Dinamo”sunun hücumçusu Bruno Petkoviç “24-lüy”ə daxil edilib. Öncədən adı ehtiyat futbolçular sırasında olan forvard zədələnən Marko Pyatsanı əvəzləyib.
25 yaşlı Petkoviç ilk dəfə Xorvatiyanın əsas millisinə çağırılıb. O, əvvəllər ölkəsinin U-21 yığmasının heyətində keçirdiyi bir oyunda 1 qol vurub.