“Qələbə qazandığımız üçün xoşbəxtəm”.
ONA-nın məlumatına görə, bu sözləri Xorvatiya milli komandasının futbolçusu Borna Barişiç deyib.
AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla oyununda komandasının bərabərlik qoluna imza atan futbolçu matç barədə fikirlərini açıqlayıb: “Azərbaycana qarşı görüş çox ağır oldu. Öncədən də belə olacağını bilirdik. Şəxsən mən qələbə qazanmağımız üçün dua edirdim. Rəqibin güclü olduğunu söyləyə bilmərik. Amma işimiz heç də asan olmadı. Belə durumlara öyrəşmişik. Belə ağır qələbədən sonra bizi daha bir çətin görüş gözləyir. Macarıstanla səfər qarşılaşması bundan da ağır olacaq”.
Qeyd edək ki, Xorvatiya yığması Azərbaycanla görüşdə 2:1 hesabı ilə qələbə qazanıb.