İspaniyanın “Real” klubunun sabiq baş məşqçisi Xulen Lopeteqi Madrid təmsilçisini məhkəməyə verib. ONA-nın məlumatına görə, çalışdırıcı “Kral klubu”ndan müqavilənin pozulması üçün kompensasiya tələb edir.
Lopeteqi “Real”dan üç illik anlaşmaya əsasən almalı olduğu məbləğin hamısını istəyir. Bu isə 28 milyon avro təşkil edir.
Qeyd edək ki, 2018-ci ilin yayında madridlilərin “sükanı arxası”na keçən mütəxəssis cəmi 4 aydan sonra postundan kənarlaşdırılıb. Bu, ötən ilin oktyabrında “Barselona” ilə matçdakı 1:5 hesablı məğlubiyyətdən sonra gerçəkləşib.