“Qarabağ”ın futbolçusu Yakub Jezniçak Ağdam klubundan ayrıla bilər.
ONA-nın Polşa mətbuatına istinadən məlumatına görə, 33 yaşlı müdafiəçi mövsüm başa çatdıqdan sonra Azərbaycan çempionu ilə vidalaşacaq.
2017-ci ildən oynadığı “Qarabağ”da iki dəfə ölkə çempionatının qızıl medallarını qazanan Y.Jezniçakın karyerasını vətənində davam etdirəcəyi gözlənilir. Belə ki, Ağdam klubuna “Legiya”dan gələn müdafiəçinin vətənindən aldığı təkliflərdən birini dəyərləndirəcəyi bildirilir.