• İDMAN

    13:29 4 mart 2019

Yeji Dudek: “Avropa Liqasının finalının Azərbaycanda keçirilməsi böyük bir nailiyyətdir”

“Bakı 2019: Ulduzlar Finalı” əyləncəli bir oyun oldu. Həmin matçı izləməyə bu qədər insan gəlməsinə təəccübləndim”. ONA-nın məlumatına görə, bunu Polşa millisinin sabiq qapıçısı Yeji Dudek deyib.

İngiltərənin “Liverpul” və İspaniyanın “Real” klublarının da formasını geyinmiş məşhur futbolçu Bakıda səfərdədir. O, paytaxtımızın UEFA Avropa Liqasının final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizdə təşkil olunan silsilə tədbirlər çərçivəsində iştirakından məmnun qalıb və bir gün öncə “Bakı 2019: Ulduzlar Finalı”nda oynamasından danışıb.
J.Dudek bildirib ki, şou xarakterli görüş çox maraqlı alınıb: “Bu təbliğatın bir hissəsi olmaqdan məmnunam. Düşünürəm ki, Avropa Liqasının final oyununu keçirmək hər bir ölkə üçün vacibdir. Görüşün bu dəfə Azərbaycanda keçirilməsi böyük bir nailiyyətdir”.
O, görüş zamanı “Liverpul” və “Çelsi” klublarının fanatlarını gördüyünü də deyib.
Məşhur qapıçı həmçinin heyətində Çempionlar Liqasını qazandığı “Liverpul”un Premyer Liqada birincilik şanslarını da dəyərləndirib: “Çempion olmaq şansları yüksəkdir. Düzdür, hesabat turunda “Liverpul” xal itirdi. Amma düşünürəm ki, mövsüm indi başlayıb. Komandanın çempionluğuna çox böyük inamım var”.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR