"Sərhədçi" Olimpiya İdman Mərkəzində U-15 kiçikyaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.
ONA-nın məlumatına görə, yarışda respublikamızın müxtəlif bölgələrindən olan 464 cüdoçu mübarizə aparır.
Birinciliyin ilk günü oğlan və qızlar arasında 3 çəki dərəcəsində qaliblər məlum olub.
Qalib və mükafatçılara medallar, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim edilib.
Qeyd edək ki, kiçikyaşlı yeniyetmələrin ölkə birinciliyinə aprelin 26-da yekun vurulacaq.