Martın 17-də Meksikanın Akapulko şəhərində stend atıcılığı üzrə Dünya Kuboku start götürəcək. ONA-nın məlumatına görə, 8 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.
Yığmamızın məşqçilər korpusu Şimali Amerikada 2 snayperə şans verəcək. Skit növündə Emin Cəfərov və Nurlana Cəfərova nəyə qadir olduğunu nümayiş etdirəcəklər.
Dünya Kubokuna 61 ölkədən 377 idmançı qatılacaq.