• İDMAN

    09:35 4 aprel 2019

Yığmamız Dünya Kubokuna 10 idmançı ilə qatılacaq

Aprelin 7-də Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində stend atıcılığı üzrə Dünya Kuboku start götürəcək.

ONA-nın məlumatına görə, 9 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Ölkəmiz Dünya Kubokunda 10 snayperlə təmsil olunacaq. Təmsilçilərimizdən Şəfəq Əmrahova, Əlimirzə Quliyev, Tamerlan Məmmədov, Alina Rəfixanova (hamısı trap), Fuad Qurbanov, Emin Cəfərov, Nurlana Cəfərova və Regina Meftahətdinova (hamısı skit) hədəf önünə keçəcəklər. Əli Hüseynli ilə Aydan Camalova isə həm trap, həm də qarışıq trap növlərində dəqiqliklərini yoxlayacaqlar.

Yarışa ümumilikdə 71 ölkədən 432 idmançı qatılacaq.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR