• İDMAN

    09:28 11 mart 2019

Yığmamız Las-Veqasda ikinci bürünc medalını qazanıb

Azərbaycan millisi ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyində daha bir medala sahib olub. ONA-nın məlumatına görə, Avropa birinciliyinin qalibi Rüstəm Qasımov kiçik bürünclə kifayətlənib.
67 kq çəki dərəcəsində mübarizə aparan atletimiz birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib. O, 121 kq nəticə ilə bu hərəkətdə 3-cü yeri tutaraq bürünc medala sahib çıxıb.
R.Qasımov təkanla qaldırma hərəkətində 143 kq çəkini ram edib və bu hərəkətdə 7-ci yeri tutub.
Toplam 264 kq (121+143) nəticə göstərən Qasımov yekun sıralamada 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bir gün öncə Ömər Cavadov (55 kq) da birdən qaldırma hərəkətində kiçik bürünc medala yiyələnib.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR