• İDMAN

    10:23 21 fevral 2019

Yığmamız Qran-priyə 3 pəhləvanla qatılacaq

Fevralın 23-də Macarıstanın Dyor şəhərində yunan-Roma güləşi üzrə Qran-pri turniri keçiriləcək. ONA.az xəbər verir ki, 2 gün davam edəcək reytinq xarakterli yarışda Azərbaycan yığması da qüvvəsini sınayacaq.

Baş məşqçi Şaban Donat Dyorda 3 pəhləvana şans verəcək. O, Murad Məmmədov (60 kq), İslam Abbasov (87 kq) və Sabah Şəriətini (130 kq) sınaqdan keçirəcək.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR