Almaniya millisinin baş məşqçisi Yoahim Lövün sağlamlığında problem yaranıb.
ONA-nın məlumatına görə, məşq zamanı aldığı zədə ilə əlaqədar qan dövranı pozuntusu yaranan çalışdırıcı xəstəxanaya yerləşdirilib.
Millinin baş məşqçisi Frayburq universitetinin klinikasında müalicə olunur. Bu səbəbdən Y.Löv yığmanın qarşıdakı iki matçını buraxacaq.
Çalışdırıcı AVRO-2020-nin seçmə mərhələsinin iyunun 8-də Belarusla səfər, 11-də Estoniya ilə ev oyunlarında komandası ilə olmayacaq.
Qeyd edək ki, Y.Löv 2006-cı ildən rəhbərlik etdiyi Bundestimlə DÇ-2014-ün çempionu adını qazanıb.