Yunan-Roma güləşi üzrə yığmamız bu gün təlim-məşq toplanışına başlayır.
ONA-nın məlumatına görə, ilin əvvəlindən bütün hazırlığı Bakıda keçən millimiz bu dəfə Göygölə yollanıb.
Məşqçilər korpusu bir neçə gənc güləşçi də daxil olmaqla, 30 yaxın idmançıyla mayın 8-dək Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesində əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə yönəldiləcək. Təlim-məşq toplanışı başa çatdıqdan sonra komandamız Ukraynada keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq.