• İDMAN

    02:05 2 iyun 2019

Yurgen Klopp: “Bu, peşəkar həyatımızda ən gözəl gecədir”

“Futbolçularıma, azarkeşlərimizə və ailəmə görə çox şadam. Onlar mənim üçün narahatçılıq keçirir və bu qələbəni başqaları ilə müqayisədə daha çox haqq edirdilər”.

ONA-nın məlumatına görə, bunu İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp deyib.

Almaniyalı mütəxəssis Çempionlar Liqasının “Tottenhem”lə final oyunundan sonra verdiyi açıqlamada 2:0 hesablı qələbədən sevincli olduğunu gizlətməyib: “Siz nə vaxtsa bakında yanacaq olmadan mübarizə aparan komanda görmüsünüz? Bizim elə qapıçımız var ki, çətin şeyləri asan görünməyə vadar edir. Bu, peşəkar həyatımızda ən gözəl gecədir. Qələbəyə gedən yol bizə az vaxt apardı. Bu da inkişafa təsir etdi. İndi biz davam edə bilərik. Klubun sahibləri heç vaxt bizə təzyiq göstərməyiblər. Adətən oyunun ilk 20 dəqiqəsindən sonra mən yarımsərxoş oluram. Amma bu gün məndə yalnız sudur”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR