İtaliyanın “Roma” klubunun və Yunanıstan yığmasının futbolçusu Kostas Mamolas klubunu dəyişə bilər.
ONA-nın məlumatına görə, 28 yaşlı müdafiəçi “Yuventus”un maraq dairəsinə düşüb.
İtaliya çempionu heyətini yeni oyunçu ilə yayda gücləndirmək istəyir. K.Manolasın transfer qiyməti 36 milyon avro təşkil edir.
2014-cü ildən “Roma”da çıxış edən müdafiəçini heyətində görmək istəyən digər klublar da var. İngiltərə təmsilçisi “Mançester Yunayted” və İspaniya “Atletiko”su da yunanıstanlını transfer etməyə çalışır.
Qeyd edək ki, K.Manolas 4 il öncə “Olimpiakos”dan “Roma”ya 15 milyon avroya transfer keçib. Onun “canavarlar”la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.