• İDMAN

    17:11 24 aprel 2019

Zinəddin Zidan: “Real” 33 dəfə çempion olub, bəs “Barselona”?

“Real” 33 dəfə çempion olub. Bəs “Barselona”nın nəyi var?”.

ONA-nın məlumatına görə, bunu İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan deyib.

Madrid klubu La Liqada mövsümün sonuna 4 tur qalmış rəsmən çempionluq şansını itirib. Çempionatın sonlarına yaxın “Kral klubu”na qayıdan fransalı əfsanə mövsümü titulsuz başa vurmaqlarını faciəyə hesab etmir: “Son vaxtlar onlar əla çıxış edirlər. Hamı bununla barışıb, onları təbrik etməlidir. Amma rəqəmlərdən danışırıqsa, onda “Real”ın titulları daha çoxdur. Bunu müdafiə olunmaq üçün demirəm. Siz mənə “Barselona”nın son vaxtlar Primerada daha yaxşı oynadığını” dediyiniz üçün belə cavab verirəm”.

Z.Zidan bildirib ki, komandası növbəti mövsüm əsas diqqətini İspaniya çempionluğuna yönəldəcək: “Bu dinamikanı dəyişməyimiz lazımdır. Növbəti mövsümdə çempionatda daha yaxşı şəkildə start götürməyə çalışacağıq. Primeradakı qələbə əsas vəzifəmiz olacaq”.

Qeyd edək ki, "Barselona" 25 dəfə La Liqanın qalibi olub.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR