Zinəddin Zidanın oğlu “Real”dan ayrılır
  • İDMAN

  • 11:37 01 May 2019

Zinəddin Zidanın oğlu “Real”dan ayrılır

“Real”ın qapıçısı Luka Zidan yay “transfer pəncərəsi”ndə klubunu dəyişəcək. 

ONA-nın məlumatına görə, komandanın baş məşqçisi Zinəddin Zidanın oğlu karyerasını vətəni Fransada davam etdirəcək. 

O, II liqa təmsilçisi “Klermon”un uğurları üçün çalışacaq. 

Qeyd edək ki, Luka Zidan cari mövsümdə “Real”ın əsas heyətində 1 oyun keçirib, 2 qol buraxıb. İkinci komandada isə 26 matça çıxıb və topu 33 dəfə qapısında görüb. 

OXŞAR XƏBƏRLƏR